Accessibility links

Əli Müntəziri İran liderlərini səlahiyyətlərini aşmaqda ittiham edib


İran dissident ruhanisi ölkə liderlərini seçki sonrası iğtişaşları yatırmaq üçün səlahiyyətlərini aşmaqda ittiham edib. Ali Ayətulla Hüseyn Əli Müntəziri deyib ki, İran liderləri hökumətin nə islamçı, nə də respublikaçı olduğunu bəyan etməlidir, belə ki, ölkədə heç kəsə öz fikir və tənqidləriniə ifadə etməyə icazə verilmir. İran rəsmiləri iyun ayında prezident Mahmud Əhmədinejadın yenidən dövlət başçısı seçilməsinin etiraz olaraq keçirilən aksiyalar zamanı minlərlə adamı həbs edib. Prezidentin tənqidçisi olan çoxsaylı islahatçı dövlətə qarşı cinayət işləməkdə ittiham olunur. Bu həftə veb səhifəsində Ayətulla Müntəziri deyib ki, məhkəmələr islam ədliyyə sisteminin məsxərəyə salınmasını göstərir.
XS
SM
MD
LG