Accessibility links

Abxaziya regionunun dəmir yoluna nəzarət Rusiyaya təhvil verilib


Gürcüstan separatçı Abxaziya regionunun dəmir yoluna nəzarəti Rusiyaya təhvil verməsinə etiraz edib. Gürcüstan Xarici İşlər Nazirliyi Kremlin bu addımını Gürcüstanın resurslarını qarət səyi kimi dəyərləndirib. Nazirliyin bəyanatında deyilir ki, Abxaz lideri Sergey Baqapşın regional dəmir yolu şəbəkəsini Rusiya dövlət dəmiryolu şirkətinin nəzarəti altına keçirməsi haqda qərar Abxaz liderin Vremya Novosti qəzetinə verdiyi müsahibədən aydın olub.

Bu arada Gürcüstan prezidenti Mixail Saakaşvili Baço Axalayanı ölkənin yeni müdafiə naziri təyin edib. Əvvəllər müdafiə nazirinin müavini qismində xidmət etmiş 28 yaşlı Axalaya hazırkı nazir Davit Sixarulidzeni əvəzləyir.

XS
SM
MD
LG