Rusiya
hərbi məhkəməsi Gürcüstana casusluq etmək ittihamı ilə ali hərbi rəsmini 6
illik həbsə məhkum edib. Polkovnik-leytenant Mixail Kaçidze dövlətə xəyanətdə
təqsirli bilinib və onun hərbi rütbəsi əlindən alınıb. Prokurorlar deyib ki,
Kaçidze 2007-ci ildə Şimali Qafqazın hərbi rayonunda çalışan zaman Gürcüstan
kəşfiyyatı tərəfindən işə cəlb olunub və Rusiya hərbi qüvvələrinin sirrlərini
Gürcüstana satmaq müqabilində 2000 dollar alıb. Qeyd edək ki, Rusiya bir il
əvvəl Gürcüstanın separatçı regionları olan Cənubi Osetiya və Abxaziyanın
müstəqilliyini tanıyıb.