Accessibility links

Edvard Kennedi bu gün torpağa tapşırılır


77 yaşında dünyasını dəyişən ABŞ senatoru, Amerikanın ən nüfuzlu siyasətçilərindən olan Edvard Kennedi bu gün torpağa tapşırılır. Senatorun dəfn mərasimində minlərlə insanın iştirak edir. Onlar arasında ABŞ-ın sabiq prezidentləri Cimmi Karter, Bill Klinton və Corc Buş da var.

47 il Senatda xidmət göstərən Ted Kennedi Vaşinqton yaxınlığındakı Arlinqton Milli qəbiristanlığında dəfn ediləcək. Bu gün ABŞ prezidenti Barak Obama Bostonda keçirilən mərasimdə nitq söyləyib.

Amerikanın sabiq prezidenti Con F. Kennedinin ən kiçik qardaşı Ted Kennedi beyin xərçəngindən iztirab çəkirdi. Senator Kennedi çərşənbə axşamı gecə Massaçusetts ştatının Hayannis şəhərindəki evində vəfat edib.


XS
SM
MD
LG