Accessibility links

Barak Obama Katrina qasırğası qurbanlarının xatirəsini anıb


ABŞ prezidenti Barak Obama bu gün avqust ayının 29-u Katrina qasırğasının 4-cü ildönümü fəlakətin qurbanlarının xatirəsini anıb. Amerikanın körfəz sahillərini təsirinə məruz qoyan Katrina səbəbi ilə 1000-dən artıq insan ölüb, milyona yaxın adam evsiz qalıb.

Həftəlik radio və internet müraciəti zamanı ABŞ dövlət başçısı deyib ki, bu faciə unudulmazdır və hazırda o, yenidənqurma işlərini davam etdirir. Barak Obama cari ilin sonunda Yeni Orleana səfər edəcəyinə vəd verib.

Adminisrasiyasının fəlakətdən sonrakı səylərinə görə ciddi tənqidlərlə üzləşən sabiq prezident Corc Buşun respublikaçı məsləkdaşı senator Mayk Enzi həftəlik radio müraciətini səhiyyə islahatlarına həsr edib. Prezident Obamanın səhiyyə islahatlarını tənqid edən senator planın olduqca baha başa gələcəyini deyib.

XS
SM
MD
LG