Ayova
ştatında bu gün sabiq sovet lideri Nikita Xruşovun Amerikaya səfərinin 50-ci
ildönümü qeyd edilir. Rusiyanın qanunvericilər və iş adamlarından
ibarət nümayəndə heyəti 1959-cu ilin bu tarixi səfərinin ildönümündə Ayovadadır.
Xruşovun hazırda Amerikada yaşayan oğlu Sergey Xruşov da mərasimdə iştirak
edir. O, atasının ABŞ-a səfəri zamanı onu müşayiət etmişdi. Sergey Xruşov soyuq
müharibə dövründə baş tutan bu səfərin böyük əhəmiyyət kəsb etdiyini deyib.O,
atasının kənd təsərrüfatına böyük marağını Sovet xalqının aclıq çəkməsi ilə
izah edib.