Accessibility links

İran qanunvericiləri prezidentin kabinet seçimlərini sual altına alır


Iran Milli Məclisinin bəzi deputatları prezident Mahmud Əhmədinejadın kabinetinə üzv təyin etdiyi namizədlər haqqında sualları olduğunu bəyan ediblər. Milli Məclis kabinetin 21 üzvünü təsdiq etmək üçün bu gündən başlayaraq 3 günlük müzakirələr aparacaq. Milli Məclisin bəzi üzvləri deyir ki, kabinetə üzvlüyünə nominasiya edilən namizədlərin nazirliyə rəhbərlik etmək üçün kifayət qədər təcrubəsi yoxdur. Tənqidçilər isə deyirlər ki, cənab Əhmədinejad özünə sadiq olanları mühüm vəzifələrə təyin etmək istəyir. İran mətbuatı yazır ki, çərşənbə günü Milli Məclis kabinet namizədlərinə səs verəcək. Cənab Əhmədinejad iyunda keçirilən mübahisəli seçkilərdən sonra ikinci dəfə prezident seçilib. Müxalifətçilər seçkilərin saxtalaşdırıldığını bildirirlər. Hökumət seçkilərin nəticələrinə etiraz edənlərdən minlərlə adamı həbs edib.
XS
SM
MD
LG