Accessibility links

Yaponiya seçkilərində ekzit pol müxalifətin böyük səslə irəlidə getdiyini göstərir


Yaponiyada müxalif Demokrat Partiyası ekzit polda onun böyük səslə seçkiləri udduğu aydın olduqdan sonra yeni hökumətin formalaşdırılması üçün danışıqlara başlamağa hazırlaşır. Media sorğuları proqnozlaşdırır ki, Demokratlar Nümayəndələr Palatasında 480 yerdən 300-nü tutacaqlar. Bu nəticə Liberal Demokrat Partiyasının 50 illik ardıcıl hakimiyyətinin süqutu demək olacaq. Müxalifət artıq kiçik partiyaların köməyi ilə yuxarı palata olan Müşavirlər Palatasına nəzarət edir. Seçkilərdən qabaq keçirilən rəy soruları göstərirdir ki, pisləşən iqtisadi durum və demoqrafik problemlər seçiciləri Taro Asonun başçılıq etdiyi LDP-dən üz döndərməyə sövq edib. Demokrat Partiyasının qələbəsi onun lideri Yukio Hatoyamanı Yaponiyanın növbəti baş naziri edə bilər.
XS
SM
MD
LG