New York Times qəzeti yazır ki, Vaşinqton
Pakistanı ABŞ-da istehsal olunan raketləri qeyri-qanuni şəkildə yer hədəfli
silahlara uyğunlaşdırmaqda ititham edib. Bu, isə Hindistana potensial təhlükədir.
Qəzetin məlumatına görə, ittiham iyun ayının sonunda ictimaiyyətə açıqlanmadan
diplomatik etiraz şəklində baş nazir Yusuf Rza Gilani və digər yüksək vəzifəli
rəsmilərə bildirilib. The New York Times
yazır ki, ABŞ rəsmiləri Pakistanın raketlərinin sistemini dəyişdirməsindən
şübhələnir. Bu dəyişiklik Silahlara
Nəzarət İxracı Aktını pozur. Fransa
xəbər agentliyinin məlumatına görə isə, Pakistan rəsmiləri The Times-da dərc edilən məqalədəki ittihamların Pakistan və onun
silahlı qüvvələrini ləkələmək kampaniyasının bir hissəsi olduğunu bildirib.