Rusiya
prezidenti Dmitri Medvedev yenidən Sovet İttifaqının İkinci Dünya
müharibəsindəki rolunu müdafiə edərək Nasist Almaniyası ilə Stalin rejimini
bərabərləşdirən ittihamları “ağ yalan” adlandırıb. İkinci Dünya Müharibəsinin başlanmasının 70-ci
ildönümü ərəfəsində Medvedevin verdiyi bəyanat bu ilin əvvəlində Nasist və
Stalinist cinayətləri bərabər tutan qətnamə qəbul etmiş ATƏT-ə qarşı
yönəlib. 1939-cu il, Sentyabrın 1-də
Polşanı zəbt etmiş Nasist Almaniyası müharibənin başlıca səbəbkarı
sayılır. Lakin bir çox Qərbli tarxiçilər
inanır ki, Hitleri müharibəyə şirnikləndirən əsas faktorlardan biri Moskva ilə
Avropanın təsir dairələrinə bölünməsinə dair imzalanan non-aqressiya paktı
olub. Belə ki, alman qoşunlarının
Polşaya daxil olmasından bir neçə həftə sonra Sovet qüvvələri şərqi Polşa, Baltik
dövlətləri, Finlandiya və Rumıniyanın bəzi ərazilərini zəbt edərək növbəti yarım
əsr ərzində bu əraziləri əsarət altında saxlayıblar.