Accessibility links

Dalay Lama 5 günlük səfərlə Tayvandadır


Tibetin ruhani lideri Dalay Lama siyasətdən uzaq duracağı vədlərinə baxmayaraq, 5 günlük Tayvan səfəri zamanı Tayvanın demokratiyasını alqışlayıb. Dalay Lamanı Tayvanın Morakot tufanının təsirinə məruz qoyduğu cənub bölgələrin ziyarətinin ilk günü deyib ki, Tayvan Çinlə yaxın əlaqələrini saxlamaqla, öz demokratiyası ilə fərqlənməlidir.

Tibetin ruhani lideri Dalay Lamanın adaya səyahət etməsinə Tayvan prezidenti keçən həftə icazə verib. Çinin Sinxua xəbər agentliyi Çin rəsmilərinə istinadən Tayvanın müxalif Demokratik İnkişaf partiyasının dəvətini kəskin tənqid edib.

Keçən il Tayvan prezidenti Dalay Lamanın ölkəyə dəvətini rədd etmişdi. Tayvan prezidentinin sözçüsü bu səfəri humanitar və dini səbəblərə əsaslandırarar, bunun Çinlə qarşılqılı münasibətlərə təsiri olmayacağını deyib. Dalay Lamanı Tibetin müstəqillik əldə etmək cəhdlərində gühanlandıran Çin hökuməti Tayvanın qərarını tənqid edib.

XS
SM
MD
LG