Kolumbiya
prezidenti Alvaro Uribe donuz qripi virusuna yoluxub. Prezidentin sözçüsü onda
qripin simptomlarının regional Argentina sammitindən sonra müşahidə edildilyini
deyib. Sözçü prezidentin vəzifəsini davam etdirdiyini və eyni zamanda müalicə
edildiyini bildirib.
Sammitin digər iştirakçılarına qrip barədə xəbərdarlıq
verilib. Uribe donuz qripinə yoluxan Latın Amerikası ölkələrindən ikinci prezidentdir. Bu xəstəliyə yoluxan ilk
prezident Kosta Rikanın dövlət başçısı Oskar Arias olmuşdu. Latın Amerikasında
qripin digər ölkələrlə müqayisədə daha çox yayılması cənub yarımkürəsinin qış
mövsümü ilə izah edilir.