Accessibility links

Silvio Berluskonin Liviyaya səfəri kəskin tənqidlərə səbəb olub


İtaliyanın baş naziri Silvio Berluskonin Liviyaya səfəri kəskin tənqidlərə səbəb olub. Baş nazir Liviya lideri Müəmmar Qəzzafi tərəfindən olduqça səmimi qarşılanıb.

Paytaxt Tripolidə bir neçə saat keçirən Berluskoninin səfəri Liviya ilə İtaliya arasındakı dostluq və əməkdaşlıq sazişinin birinci ildönümü edilib. Liderlər İtaliya tərəfindən inşa ediləcək 5 milyardlıq magistralın tikintisinin təməlini qoyub.

Berliskoni idarəsinin bəyanatında deyilir ki, baş nazirin səfəri 1988-ci ildə Şotlandiyanın Lokerbi səmalarında 270 sərnişinin ölüçü ilə nəticələnən təyyarə partlayışına görə həbsdə olan Əbdel Baset Əl-Meqrahi azadlığa buraxılmasından əvvəl planlaşdıırlmışdı. Meqrahi azad edildikdən dərhal sonra vətəninə aparılıb. 2001-ci ildə ömürlük həbs cəzasına məhkum edilən Meqarahinin azad edilməsi bir çoxlarının, xüsusilə təyyarədə həlak olanların ailə üzvlərinin qəzəbinə yol açıb.

XS
SM
MD
LG