Accessibility links

İran Milli Məclisi prezidentin yeni kabinetini müzakirə edir


İranın Milli Məclisi artıq ikinci gündür ki, prezident Mahmud Əhmədinejadın təklif etdiyi yeni kabineti müzakirə edir. İran mətbuatı qeyd edib ki, 3 gün davam edəcək debatlara bu gün yenidən başlanıb. Milli Məclisin bəzi üzvləri deyir ki, kabinetdəki 21 nazirliyə təklif olunan namizədlərin bəziləri əlaqədar nazirliyə rəhbərlik üçün lazımı təcrübəyə malik deyil. Əhmədinejadın hətta mühafizəkar tənqidçiləri də deyirlər ki, o özünə sadiq olanları hökumət kabinetindəki mühüm vəzifələrə təyin etmək istəyir. İran mətbuatı qeyd edir ki, çərşənbə günü qanunvericilər hökumət kabineti namizədlərə səs verəcəklər. Cənab Əhmədinejad iyun ayında mübahisəli seçkilərdən sonra ikinci dəfə prezident seçilib. Müxalifətçilər seçkilərin saxtalaşdırıldığını bildirirlər. Hökumət seçkilərin nəticələrinə etiraz edənlərdən minlərlə adamı həbs edib.
XS
SM
MD
LG