Accessibility links

Buenos Ayresdə Argentina tanqosu üzrə beynəlxalq müsabiqə başa çatıb


Buenos Ayresdə Argentina tanqosu üzrə beynəlxalq müsabiqə başa çatıb.Kordoba şəhərindən Conatan Spitel və Betsabet Flores 20 başqa rəqs cütü ilə yarışaraq birincilik qazanıblar.

Argentina tanqosu üzrə beynəlxalq müsabiqədər iştirak edən rəqqaslar dünyanın bir sıra ölkələrini təmsil ediblər.Buraya Argentina ilə yanaşı Yaponiya, Koreya və Avstraliyadan rəqqaslar qatılıblar.

Rəqsin özünə gəldikdə, Argentina tanqosunun salon növü ən populyar və ən mürəkkəb hesab edilir.Rəqs zamanı musiqi çalınarkən rəqqaslar bir-birindən aralanmamalı və rəqs hərəkətlərini saat əqrəbinin əksinə ifa etməlidirlər.

Argentina tanqosu 1800-ci illərdən Buenos Ayres və Uruqvayın paytaxrı Montevideo şəhərinin ətraflarında populyarlıq qazanmağa başlayıb.

Hər il Argentina paytaxtında keçirilən tanqo müsabiqəsinə tamaşa etmək üçün paytaxt Buenos Ayresə on minlərlə insan gəlir.

XS
SM
MD
LG