Accessibility links

İran parlamenti müdafiə naziri vəzifəsinə namizəd göstərilən Əhməd Vəhidini təsdiq edə bilər


İran parlamenti prezident Mahmud Əhmədinejadın müdafiə naziri vəzifəsinə namizəd göstərdiyi Əhməd Vəhidi təsdiq edə bilər. Nazirlər kabinetinin təşkili ilə ilə bağlı debatların 3-cü günü qanunvericilərin heç biri Argentinanın Buenos-Ayresdəki yəhudi mərkəzinin partladılmasına görə ittiham etdiyi Vəhidinin nominasiyası əleyhinə çıxış etməyib.

15 il əvvəl 85 adamın ölümü ilə nəticələnən həmin hücumdan sonra Vəhidi İnterpolun axtarışındadır. Parlament Mahmud Əhmədinejadın cabinet siyahısını sabah səsə qoymalıdır. İran qanunvericiləri prezidentin siyahısında yer alan bəzi namizədlərin təcrübəsizliyini diqqətə çəkiblər.

XS
SM
MD
LG