Accessibility links

İndoneziyada zəlzələ olub


İndoneziyanin Fəlakətlərə Nəzarət Agentliyi deyir ki, bu gün arxepelaqda baş verən güclü zəlzələ nəticəsində azı 6 nəfər həlak olub. Yeraltı təkanlar Yava adasında paytaxt Cakartadan 200 kilometr cənub-şərqdə qeydə alınıb. Zəlzələ 62 kilometrlik dərinlikdə baş verib. ABŞ-ın Geoloji Araşdırmalar Mərkəzi zəlzələni Rixter Şkalası ilə 7.4 bal gücündə qiymətləndirib. Cakartada binaların titrədən zəlzələ təşvişə səbəb olub və ofisdə olan insanlar küçələrə qaçmaq məcburiyyətində qalıblar. Tasikmalaya və Bandung şəhərlərində bir neçə bina dağılıb. Havaydakı Sakit Okean Sunami Mərkəzi okeanda dalğaların çox böyük olmamasına görə, sunami haqda xəbərdarlığı ləğv edib.
XS
SM
MD
LG