Meksikanın Baha Kaliforniya
yarımadası sahillərinə yaxınlaşan Himena qasırğası sürətini itirməkdədir.
Qasırğanın yarımadanın təsirinə məruz qoyduğu bölgələrində minlərlə sakin və
turist sığınacaqlara yerləşdirilir. Saatda 175 km sürətlə irəliləyən qasırğa
ikinci kateqoriyaya enib.
Himena kurort Kabo San Lukas bölgəsinin 100 km-liyinə
çatıb. Baha Kaliforniya Sur ştatında fövqəladə vəziyyət qüvvədədir. Sinoptiklər
digər bir tropic qasırğa Erikanın inkaşafını izləyir. İyun ayının 1-dən başlayan Atlantik qasırğa
mövsümü noyabrda başa çatır.