Accessibility links

İran Azərbaycanından son xəbərlər



Iran Azərbaycanında yaşayan jurnalist Ismayıl Cavadi son günlərdə regionda baş verən olaylarla bağlı xidmətimizə məlumat verib. Onun sözlərinə görə Urmiyə şəhərində əsgərlikdən yenicə qayıtmış 23 yaşlı gənc polis zorakılığının qurbanı olub. Polisin gənci döyməsinə səbəb onun orucu pozaraq siqaret çəkməsi olub. Rəsmilər ölümün səbəblərini zorakılıqla əlaqələndirməkdən boyun qaçırırlar. Həlak olmuş gəncin cəsədi ailəsinə qaytarılmış və onlara tapşırılmışdır ki, dəfn mərasimini səs-küy salmadan keçirsinlər.

Urmiyə şəhərində yük maşını sürücüləri də bu günlərdə tətilə çıxıblar. Onlar maaşlarının azlığından şikayət edirlər. Cənab Cavadinin veridiyi məlumata görə İranda ciddi iqtisadi böhran yaşanır və Ramazan bayramı mövsümündə əksər ərzaq məhsullarının qiymətləri bahalaşıb. Bu, isə insanların istehlak zənbilinə ciddi təsir edib. Belə bi şəraitdə bir çoxları, yük maşını sürücüləri kimi işləməkdən imtina etməklə hazırkı duruma etirazlarını bildirirlər.

İran Azərbaycanındakı asayişin ümumi durumu haqda danışan İsmayıl Cavadi əsasən sakitliyin hökm sürdüyünü bildirib. Bununla belə o, azərbaycanlıların ana dilində təhsil problemlərin narazı olduğunu qeyd etmiş və bununla bağlı etiraz aksiyalarının planlaşdırıldığını bildirmişdir.

XS
SM
MD
LG