Dünyanın altı qüdrətli dövlətinin liderləri bu gün Almaniyanın Frankfurt çəhırində görüşərək İran mübahisəli nüvə proqramını dayandırmadğı halda, daha ciddi sanksiyaların tətbiq edilməsini müzakirə edir.
BMT-nin Təhlüsəsizlik Şurasının beş daimi üzvü olan Birləşmiş Ştatlar, Rusiya, Çin, Fransa və Britaniya, habelə Almaniya nüvə zənginləşdirilməsi proqramını dayandırmaq üçün İrana ticari güzəştlər təklif edib.
Iranın danışıqlarda baş vasitəçisi Səid Cəlili dünən bildirib ki, rəsmi Tehran dünyanın qüdrətli dövlətləri ilə nüvə proqramını müzakirə etməyə hazırdır. İranın dövlət mətbuatı Cəliliyə istinadən xəbər verib ki, İran bir sıra təkliflər üzərində işləyib. Onun sözlərinə görə, yeni paket danışıqlar üçün əsas olacaq.
ABŞ və Avropa Birliyinin rəsmiləri yeniliklər əlavə edilmiş təklifləri hələ almadıqlarını bildirirlər.