Accessibility links

Abxaziya Gürcüstanın onun sularına daxil olan gəmilərini vuracağını deyir


Separatçı Abxaziya respublikasının lideri Sergey Baqapş Rusiyanın İnterfaks xəbər agentliyinə Gürcüstanın Abxaziya sularına daxil olan hər hansı gəmisini "piratlıq" addımı kimi qiymətləndirərək, vurulacağına göstəriş verdiyini deyib. Lakin Abxaziya lideri bu məsələ ilə bağlı detalları açıqlamayıb. Xatırladaq ki, keçən ay Gürcüstan iki yük gəmisini - Abxaziya respublikasından dəmirlə yüklənmiş Kabocia bayrağı altındakı gəmini və Türkiyədən Suxumiyə yanacaq daşıyan Panama bayrağı altındakı gəmini həbs etmişdi. Gürcüstan yanacaqla dolu tankerin onun sularında nəzarət altına alındığını deyib.

Gürcüstan qanununa əsasən, Cənubi Osetiya və Abxaziyaya hər hansı iqtisadi yardım Gürcüstan hökumətinin icazəsi olmadan həyata keçirilə bilməz.

XS
SM
MD
LG