Accessibility links

Şimali Koreya Cənubla  hərbi qaynar xətti bərpa edib


Şimali Koreya son zamanlar münasibətlərin normallaşdırılması istiqəmətində atılan addımlar çərçivəsində yarımadanın qərb bölgəsində hərbi qaynar xəttin bərpa edildiyini bildirir. Seulun Yunifikasiya Nazirliyinin bildirdiyinə görə, faks və telefon xətləri yoxlanış işlərindən sonra bərpa edilib.

Kommunikasiya kanalları 2008-ci ilin may ayından, Şimalın texmiki problemlər olduğunu bildirməsindən sonra kəsilmişdi. Tərəflər arasında ikinci hərbi kommunikasiya sistemi ötən dekabr ayında dayandırılmış və bir daha bərpa edilməmişdir. Bu həftə Şimali Koreya Cənubla sərhəd nəqliyyatına qoyulan məhdudiyyətləri azaltmışdır.

XS
SM
MD
LG