Accessibility links

Amerikada Əfqanıstan müharibəsi qeyri-populyar olaraq qalır


ABŞ prezidenti Barak Obamanın ilin sonunadək Əfqanıstana 17 000 əsgərdən ibarət əlavə qüvvə göndərməsinə vəd verdiyi vaxt Amerika qüvvələri arasında ən ağır itkilər iyul və avqust aylarında qeydə alınıb. Amerikada Əfqanıstan müharibəsi qeyri-populyar olaraq qalır. Son rəs sorğularına görə, amerikalıların 51 faizi düşünür ki, bu müharibəni başlatmağa dəyməzdi, müharibəyə dəstək verən respondentlərin faizi isə 41-dir.

ABC News və Washington Postun keçirdiyi sorğularda iştirak edənlərin yalnız 25 faizi Əfqanıstana əlavə qüvvə göndərilməsinin tərəfdarıdır. Respondentlər Əfqanıstan missiyasının baha başa gəldiyini deyir. Belə ki, təkcə iyul və avqust aylarında Amerikanın o ölkədə 43 hərbi qulluqçusu həlak olub. BMT-nin hesabatına görə, mülki əfqan əhalisi arasında 2009-cu ilin son 6 ayı ərzində ölənlərin sayı 25 faiz artıb.

XS
SM
MD
LG