İran
prezidenti Tehranın mübahisəli nüvə proqramını dayandırması barədə beynəlxalq
tələblərə əməl etməyəcəyi təqdirdə İrana əlavə sanksiyalar qoyulması hədələrini
rədd edib. Mahmud Əhmədinejad deyib ki, daha heç kəs İrana sanksiya tətbiq edə
bilməz. Bundan əvvəl isə İran mətbuatı Xarici İşlər Nazirliyinin sözçüsü Həsən Qaşqaviyə
istinadən bildirmişdi ki, İrana tətbiq olunan saksiyalar “paslı qılınc kimi”
qeyri effektivdir. Onun sözlərinə görə, İran danışıqlara və dialoqa üstünlük
verir. Dünən Almaniyanın Frankfurt şəhərində 6 dövlətdən olan nümayəndələr
İranın nüvə proqramı ilə bağlı danışıqları bərpa etməsi üçün Tehrana təsir
yollarını müzakirəsi səbəbilə görüşüb. İran uranı zənginləşdirmə proqramını
dayandırmasa BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvə və Almaniya bu ölkəyə
qarşı saha sərt sanksiyalar tətbiq etməyi nəzərdən keçirir.