Accessibility links

Barak Obama Konqres qarşısında çıxış edəcək


ABŞ prezidenti Barak Obamanın səhiyyə islahatları barədə Konqres qarşısında sentyabrın 9-da çıxış edəcəyi gözlənilir. Ağ Ev rəsmisi Deyvid Akselrod bunu dünən bəyan edib və cənab Obama qanunvericilərin səhiyyə islahatlarına dair qanun layihəsini qəbul etməsinə çalışır. Son radio və internet müraciətində cənab Obama islahata müxalif olanların ittihamlarının yalnış olduğuna inandırmağa çalışıb. O, deyib ki, bu saxta iddialar Amerikalıların bölünməsinə rəvac verir. O, habelə deyib ki, hökumətin nəzarətində olan səhiyyə sığortası təklifi özəl planlarla yanaşı fəaliyyət göstərə bilər.
XS
SM
MD
LG