Accessibility links

Human Rights Watch Qazaxıstanın insan hüquqları müdafiəçisinin məhkəməsinin siyasi motivlərə əsaslandığını bildirir


Beynəlxalq insan hüquqları təşkilatı Human Rights Watch Qazaxıstanın insan hüquqları müdafiəçisi Yevgeni Jovtisin qısa, lakin sərt hökmlü məhkəməsinin siyasi motivlərə əsaslandığını bildirir.

Təşkilatın Mərkəzi Asiya üzrə tədqiqatçısı Andrea Berg avtomobil qəzasındakı roluna görə ittiham edilən Jovtisin məhkəməsinin əvvəlcədən hazırlanmış siyasi bir proses olduğunu deyib. Qazaxıstanın Beynəlxlaq İnsan Hüquqları və Qanunun Aliliyi Bürosunun təsisçisi Yevgeni Jovtis yol hərəkəti qaydalarını pozmaq ittihamı ilə 4 il müddətinə azadlıqdan məhrum edilib.

Iyul ayının 27-də baş verən qəza nəticəsində bir piyada həlak olmuşdu.Human Rights Watch hakimin istintaq üçün mühüm müdafiə dəlillərinin təqdim edilməsinə icazə vermədiyni bildirib.


XS
SM
MD
LG