Accessibility links

Han çinlilər Urumçidə nümayiş keçirib


Çinin qaynar Urumçi şəhərində minə yaxın han çinli etnik motivli qəribə iynələmə insidentlərinin ardınca hüquq mühafizə orqanlarının kifayət qədər təhlükəsizliyi təmin etmədiklərinə etirazlarını bildiriblər. Han çinlilərindən ibarət izdiham Sincan hökumət binası qarşısında Xalq meydanına toplaşıblar. Polis kütləyə qarşı gözyaşardıcı qazdan istifadə edib və izdiham sonda dağılışıb. Çinin ucqar bölgəsində uyğurlarla han çinlilər arasında baş verən iğtişaşların ardınca təhlükəsizlik qüvvələri əraziyə yerləşdirilib. Nümayişçilər iyul ayında baş verən iğtişaşları törədənlərin cəzalandırılmasını tələb edirlər. Onla habelə iynə ilə hücum edənlərin cəzalandırılmasını tələb edir.
XS
SM
MD
LG