Accessibility links

İndoneziyada zəlzələdən sonra axtarışlar davam etdirilir


İndoneziyanın xilasetmə dəstələri 63 nəfərin ölümü ilə nəticələnən zəlzələdən sonra axtarışları davam etdirir. Bu gün aşkar edilən cəsədlər ölənlərin sayını artırıb.Onlarla insan hələ də itkindir. Sağ qalanların aşkar edilməsi ümidləri getdikcə azalır.

7 bal şiddətində olan zəlzələ nəticəsində dağılan və ya ziyana məruz qalan tikililərin sayı 87000-dən artıqdır. 28000 insanın sığınacaqlara ehtiyacı var. Yardım agentlikləri insanları çadır, ədyal və digər təcili ləvazımatlarla təchiz edir. Lakin bəzi əlçatmaz bölgələrə yardım göstərmək mümkün deyil.

XS
SM
MD
LG