Rusiyanın Çeçenistan respublikasının polis işçiləri meşə ərazilərində keçirdikləri əməliyyatlar zamanı hücuma məruz qalmışlar. Rəsmilər hadisənin Qroznı yaxınlığındakı Laxa-Varanda bölgəsində baş verdiyini və hücum zamanı naməlum şəxslərin polisə qarşı avtomat silahlardan istifadə etdiklərini deyirlər.