Accessibility links

Prezident Obamanın yeni tədris ilinin başlanması ilə bağlı çıxışının yayımlanmayacağı deyilir


Birləşmiş Ştatların bir neçə bölgəsindəki məktəb rəsmiləri prezident Obamanın gələn həftə yeni tədris ilinin başlanması ilə bağlı çıxışını yayımlamayacaqlarını bildirmişlər. Bəzi idarəçilərin və valideynlərin etirazlarından sonra ölkənin 6 ştatındakı məktəb dairələri prezidentin çıxışını sinif otaqlarında yayımlamayacaqlarını deyirlər.

Birləşmiş Ştatlar prezidenti Barak Obamanın gələn həftənin çərşənbə axşamı günü Vaşinqton şəhəri yaxınlığındakı Virciniya ştatının Arlinqton məktəblərindən birinə gedəcəyi planlaşdırılır. Prezidentin həmin məktəbdə edəcəyi çıxış Ağ Evin veb səhifəsi və C-SPAN kabel şəbəkəsi vasitəsi ilə yayımlanacaq.

ABŞ Təhsil Naziri Arne Dunkan məktəb müdirlərindən çıxışı məktəblərdə yayımlamağı xahiş etdikdən sonra Obamanın ideologiyasını bölüşməyən mühafizəkarların tənqidinə tuş gəlib.

XS
SM
MD
LG