Prezident Barak Obama Amerika xalqına həftəlik radio müraciətində işçilərin təqaüd imkanları ilə bağlı yeni təşəbbüsləri açıqlayıb.
Radioda və internetdə yayımlanan radio müraciətində cənab Obama qlobal iqtisadi tənəzzülün təqaüd prosesinə təsir ağır təsir göstərdiyini deyib. ABŞ prezidenti bildirib ki, hökumət kiçik şirkətlər üçün işçilərin hamısının avtomatik olaraq təqaüd planları ilə təmin edilməsi prosesini asanlaşdırmağa çalışacaq. Hökumət həmçinin işdən gedən işçilərin işlətmədiyi məzuniyyət və xəstəlik günlərinin təqaüd illərinə əlavə olunmasına imkan yaradacaq.
Bu həftə Respublikaçıların prezident müraciətinə cavabında Konqresin Nümayəndələr Palatasının Təhsil və Əmək komitəsində nüfuzlu respublikaçı konqresmen Con Klayn səhiyyə islahatlarından danışıb. O, administrasiyanı səhiyyə islahatları sahəsində yeni imkanlar tapmaq üçün respublikaçılarla birgə işləməyə çağırıb.