Accessibility links

ABŞ generalı Makkristal Əfqanıstanda hava hücumunun həyata keçirildiyi əraziyə baş çəkib


Birləşmiş Ştatlar və NATO qüvvələrinin Əfqanıstandakı komandiri, ordu generalı Stenli Makkristal Kunduz vilayətində bu yaxınlarda insan tələfatı ilə nəticələnimiş hava hücumunun baş verdiyi yerdə olub.

General Makkrisral Əfqanıstanın şimalında bir gün əvvəl ABŞ hərbi təyyarəsinin Talibanın qaçırdığı iki yanacaq tankerinə bomba ataraq partlatdığı əraziyə baş çəkib. Partlayış nəticəsində 90 nəfər həlak olub. Bunların neçəsinin mülki vətəndaş olduğu aydın deyil.

NATO insidentlə bağlı təhqiqata başlayıb. Əfqanıstan televiziyasında müraciəti zamanı general Makkristal təhqiqatın nəticələrinin ictimiayyətə açıqlanacağına söz verib.

Almaniyanın hərbi komandirləri tankerlərdən intihar hücumu məqsədilə istafə edilə biləcəyindən qorcxaraq Kunduzda bu hücumun həyat keçirilməsi əmrini vermişlər. Vilayətdə bu gün Almaniya hərbi qüvvələrinin konvoyunun keçdiyi yolun kənarında yerləşdirilmiş bombanın partlaması nəticəsində maşınlara zərər dəyib.


XS
SM
MD
LG