Accessibility links

Pakistan hərbi qüvvələrinin əməliyyatı nəticəsində 43 yaraqlı qətlə yetirilib


Pakistan rəsmiləri bildirirlər ki, hökumətin hərbi qüvvələri Əfqanıstanla həmsərhəd Xeybər regionunda həyata keçirilən əməliyyatda azı 43 yaraqlını öldürüblər. Rəsmilər həmçinin deyirlər ki, hərbi qüvvələr Ləşgəre İslam adlı yaraqlı qrupunun bir bazasını dağıdıblar. Pakistan Əfqanıstan sərhədinə yaxın olan bölgələrdə yaraqlıları məhv etmək üçün Birləşmiş Ştatların təzyiqinə məruz qalır. Xeybər Pakistandan Əfqanıstana gedən başlıca şosse yollardan biridir.

XS
SM
MD
LG