Accessibility links

İsfahanda həbs olunan azəri  tələbə fəal Təbriz zindanına təhvil verildi


Savalan səsi veb xidmətinin yaydığı xəbərə görə, İran Azərbaycanlı Gəmiçilik tələbəsi Məcid Makui İsfahanda tutuldu və Təbriz zindanının mali bölümünə göndərildi. Əmir Kəmir öyrənci saytı da bu barədə məlumat verib. Məcid Makuyi İranın dörd illik hərbi universitetində gəmiçilik dərsi oxuyub, qurtarmışdı. O Lisans (bakalavr) dərəcəsi almaq üçün İsfahanda Maliki Əştər Universitetinə getmişdi. Savalan səsi Məcid Makuinin ailəsinə yaxın bir mənbəyə istinadən bildirir ki, Makuini İsfahanda İttilaat idarəsinin məmurları tutub, təyyarə ilə Təbrizə gətiririb və Təbriz zindanına təhvil veriblər. Məcid Makui İran azəri tələbələrinin fəallarından biridir. O, keçən yay da 7 digər Təbriz Universitetinin azəri tələbəsi ilə bərabər həbsə salınmışdı. Fəraz Zehtab, Aydın Xaceyi və Ehsan Nəcifi o cümlədən idilər. Savalan səsi və başqa mənbələrin o vaxtdan indiyə qədər verdikləri məlumatlara görə onlar bir müddət, İttilaatin bir nəfərlik təcridxanalarda saxlanmışdı. Əmniyyət məmurları onları istintaq altında saxladılar. Onları cismi və ruhi işkəncələrə məruz qoymuşdular. Onlardan öz əleyhlərinə etiraf almağa və sənəd toplamağa çalışdılar. Sonra onları İnqilab Məhkəməsinə təslim etdilər. İnqilab Məhkəməsinin birinci şöbəsi, hakim Həmlibərin başçılığında onları muhakimə edib və bir il lazim və iki il də muəlləq həbsə məhkum etmişdi. O hökmə etiraz edilsə də, yuxarı məhkəmə də həmən hökmü təyid etmişdi. Nəzərə gəlir ki indi onu tutublarki bir illik həbsə salsınlar. Bir ay yarım bundan əvvəl də, Fəraz Zehtab, Aydın Xaceyi və Ehsan Nəcifini tutub və zindana salmışdılar. Makuyi qanundan kənar qrup təşkil və idarə etmək, əmniyyəti pozmaq və İslam Cumhuriyəti əleyhinə təbliğat aparmaqda ittiham olunurdu. Amma, nəhayətdə, hakim Həmlibər onu "Azərbaycan Tələbə Hərəkətı" ünvanında da bir vebloq yaratması və idarə etməsi ittihamı ilə məhkum etmişdi. İranda son günlərdə Azəri tələbələrinə basqi daha da çoxalıbdır. O cümlədən bir neçə universitət tələbəsinin qeydiyyatına maneçilik törədilib.
XS
SM
MD
LG