Accessibility links

Iranın Qərbi Azərbaycan vilayətində minalar yerli əhali üçün təhlükə  törədir


İranin Hilalı Əhmər / Qırmızı Aypara Cəmiyəti xəbər verir ki, İran- İraq müharibəsi vaxdında yerləşdirilmiş minalar, 21 min Qərbi azərbaycanlinı təhlükə qarşısında qoyur. İran-İraq savaşının başa çatmasından 21 keçsə də hələ də həmin minalara görə ildə 1100 dən çox İranlı həyatını itirir.

Təhlükə o qədər ciddidir ki Gərbi Azərbaycanın Qırmızı Aypara Cəmiyyəti elan etdi ki təkcə bu ildə 21 min 329 Azərbaycanlıya, minalardan nəcə qorunmaq barədə məlumat verilib.

İranın keçmiş müdafiyə naziri Mustəfa Məhəmməd Nəccar demişdi ki, 2008-inci ilin sonuna qədər, Gərbi Azəbaycan və İranın bir neçə ayrı vilayətlərindən minalar toplanacaq

İranın Mina Toplama İdarəsinin rəsmi vebsaytı yazır ki ölkənin 4 milyon 200 min həktar ərazisində, təxminən 16 milyon mina və digər patlayıcı maddələr mövcutdur.

İranın Mina Toplama İdarəsi bildirir ki, ölkədə orta hesabla hər gün 3 adam mina patlayışı nəticəsində canını eldən verir ya şikəst qalır.

İranda minaları toplamaq üçün 92 qrup təşkil edilib. Adi vətəndaşlardan başqa, mina toplayan guruplardan da, indiyə qədər yüzlərlə nəfər ya ölüb ya şikəst olub. Amma hələdə son rəsmi rəqəmlər yoxdur. Ən son rəqəmlər 4 il bundan əvvələ qayıdır ki, həmin rəqəmlərə görə 800 den əlavə mina toplayanın ölüm xəbəri təsdiq edilib.

2003-cü ilin Nobel sülh mükafatına layiq görülmüş Şirin İbadi bu barədə deyir ki, minaların qurbanlarının sayına görə heç dövlətdə də məlumat yoxdur. İbadi əlavə edir ki, təxminlər göstərir ki, indiyə qədər minalara görə 8000 adam canını eldən veribdir.

Qeyd edilir ki, bu minaların hamısı İran-İraq savaşından qalmamışdır və ehtimal ki, onların bir hissəsini qaçaqmalçılarla mübarizədə, İran dövləti yerləşdirib və indi də buna davam edir.

XS
SM
MD
LG