Əfqanıstanın seçki nəticələrinə görə,
prezident Həmid Karzayın topladığı səs çoxluğu təkrar seçkilərə ehtiyac qoymayacaq. Bu gün açıqlanan nəticələr prezident Karzayın
48.6 faiz səs əldə etdiyini göstərir. Onun əsas rəqibi, sabiq xarici işlər
naziri Abdulla Abdula isə səslərin 31.7 faizini toplayıb.
Əfqanıstanın seçki rəsmiləri indiyədək səslərin 75 faizinin hesablandığını bildirir. Eyni zamanda 447 seçki məntəqəsindən saxtakarlıqlara yol verildiyinə dair iddialara görə səsvermə büllentenlərinin tullandığı deyilir.