Accessibility links

Misirin kəşfiyyat idarəsinin rəhbəri Həmasın lideri ilə görüşüb


Misrin kəşfiyyat xidmətinin başçısı Ömər Süleyman Birləşmiş Ştatların Yaxın Şərq sülh təklifinin həyata keçirilməsindən öncə rəqib Həmas və Fətəh təşkilatını bir araya gətirmək üçün Qahirədə Həmasın lideri Xalid Məşəl ilə görüşüb. Onlar 2006-cı ildən bəri Həmasın həbsxanasında saxlanılan İsrail əsgəri Gilad Şalit daxil edilməklə, İsrail ilə məhbusların mübadiləsi məsələsini də müzakirə ediblər. Dünəndən etibarən Qahirədə olan prezident Mahmud Abbas Misirli həmkarı Hüsnü Mübarək ilə görüşüb. Cənab Abbas deyib ki, İordan şayının qərb sahilində yəhudi yaşayış məntəqələrinin inşasının qismən dayandırılması qəbul edilməyəcək. Birləşmiş Ştatlar və Misir İsraildən yeni yəhudi yaşayış mətəqələrin inşasının dondurulmasını tələb edir və bu planı tənqid edirlər. Misir 2006-cı ildə Həmas yaraqlıları tərəfindən İsrail əsgəri Gilat Şaliti girov götürdükdən bəri məhbusların mübadiləsi məsələsinə vasitəçilik edir. Həmas Şilatın azad edilməsi müqabilində İsraildən 1000-ə yaxın fələstinli məhbusun azadlığa buraxılmasını tələb edir. Əsgər Şilatın Qəzza zolağında saxlandığı bildirilir.
XS
SM
MD
LG