Accessibility links

Maykl Ceksonun brilyant əlcəyi 49 min dollara satılıb


Pop kralı Maykl Ceksona məxsus üstü brilyantlarla örtülmüş ağ əlcək Avstraliyada hərraca çıxarılaraq, təxminən 49 000 dollara satılıb.

Maykl Cekson əlcəyi 10 il bundan əvvəl Avstraliyada qastrolda olarkən pərəstişkarına atmışdı. Las Veqasda Hard Rock kafe və kazino üçün onu onu alan şəxs Varvik Stoun beş müştəridən dördünün verdiyi qiymətdən artıq qiymət verib. Beləliklə də əlcək gözlənildiyindən iki qat qiymətə satılıb. Hərracın təşkilatçıları əlcəyin dekabr ayında nümayiş etdiriləcəyini bildiriblər.

Maykl Cekson Avstraiyaya 1996-cı ildə tarixi dünya turu çərçivəsində səfər etmişdi. Sidneydə qatrolda olduğu zaman o çəkildiyi “Ghosts” filminin premyerasında iştirak etmiş və filmin nümayişi başa çatdıqdan sonra əlcəyini pərəstişkarı Bill Bidlə atmışdı. Hərracın təşkilatçıları onun vəfat etdiyini bildiriblər.

XS
SM
MD
LG