Accessibility links

AB Türkiyənin üzvlük prosesini yubatdığına görə tənqid  edilib


Avropa ekspertlərindən ibarət panel Avropa Birliyini Türkiyənin ittifaqa üzvlüyünü gecikdirməyə görə tənqid edib. Türkiyə üzrə Müstəqil Komissiyanın dərc etdiyi hesabat sabiq Avropa siyasətçiləri və finlandiyalı Nobel sülh mükafatı laureatı Marti Ahtisaari tərəfindən hazırlanıb. Panel Avropa Birliyini Türkiyə qarşısında götürdüyü öhdəliklərə xilaf çıxamqda və bəzi üzv dövlətləri Türkiyənin potensial üzvlüyü əvəzində başqa cür ikitərəfli anlaşmamalara can atmaqda günahlandırır.

Avropa hökumətləri Türkiyənin birliyə daxil olmaq üçün tamamladığı 35 siyasi danışıqlar mövzusundan 12-ni dondurub. Hesabatda deyirlir ki, bu növ əməllər Türkiyədə qəzəb dalğasına və Avropanın bu ölkəyə ikili standardtlarla yanaşdığ haqda təsəvvürlərə yol açmışdır.

XS
SM
MD
LG