Accessibility links

Liviya İRA-nın hücumları nəticəsində həlak olanların ailə üzvlərinə kompensasiya ödənilməsinə dair tələblərə müqavimət göstərəcək


Liviya lideri Müəmmar Qəzzafinin oğlu Saif Əl-İslam Qəzzafi Liviyanın İrlandiya Respublika Ordusu-İRA tərəfindən həyata keçirilən bomba hücumları nəticəsində həlak olanların ailə üzvlərinə kompensasiya ödənilməsinə dair tələblərə müqavimət göstərəcəyini deyib.

Britaniyanın baş naziri Gordon Braun hücumlar üçün İrlandiya Respublika Ordusunu partlayıcı maddələrlə təchiz edən Liviyanın insanlara təzminat ödəməsi fikirini dəstəklədiyini deyib. Baş nazir bununla “London Times”ın yazısına cavab olaraq öz mövqeyinə aydınlıq gətirmək istəyib. Qəzet yazıb ki, Qordon Braun hücumun qurbanlarından birinə yazıdığı məktubda bir ölkə ilə münasibətləri yaxınlaşdırmaq istəyən hökumətin kompensasiya ödənilməsini tələb etməsi düzgünolmaz.

Sky News-a müsahibəsi zamanı Saif Əl-İslam Qəzzafi deyib ki, əgər insanlar məhkəmələrə müraciət etməli olsa, onların öz vəkilləri və bizim öz vəkillərimiz olacaq. Qəzzafi Liviyanın təzminat ödəmək niyyətində olmadığını bildirib.


XS
SM
MD
LG