Accessibility links

Venesuela prezidenti Türkmənistanı qaz kartelinə qoşulmağa çağırıb


Venesuela prezidenti Hüqo Çaves Türkmənistanı neft karteli OPEK-lə müqayisə edilən təbii qaz ixracatçıların qrupuna qoşulmağa çağırıb. Cənab Çaves dəvətini Türkmənistan prezidenti Qurbanqulu Berdımuxamedova bu gün Aşqabadda çatdırıb. Cənab Berdımuxamedov təklifə dərhal cavab verməyib.

Təbii qazın böyük hisəsi uzun müddət üçün layihələr əsasında kəmərlər vasitəsilə çatdırılır. Ekspertlərin fikrincə, uzun müddətli danışıqlar qaz kartelinin yaradılmasını tankerlərlə daşınan neft kartelinin yaradılmasından daha çətin edir.

Dünyanın ən göyük qaz ehtiayatlarına malik ölkəsi olan Türkmənistan Venesuela prezidentinin səfərinin növbəti dayanacığıdır. Cənab Çaves Liviya, Əlcəzair, Suriya və İrana səfər edib. Bundan sonra Venesuela prezidenti Belarusiya və Rusiyaya səfər edəcək.


XS
SM
MD
LG