Beynəlxalq Atom Enerjisi agentliyinin başçısı Məhəmməd ƏlBaradei deyib ki, Terhanın mübahisəli nüvə proqramına görə agentliklə İran arasında çıxılmaz vəziyyət yaranıb.
Bu gün Vyanada agentliyin idarə heyəti qarşısında danışan MƏhəmməd ƏlBaradei bildirib ki, İran agentliklə bütün mühüm məsələləri aydınlaşdırmalı və onları həll etməlidir. ƏlBaradei İranın nüvə obyektlərini mükəmməl təftiş üçün açmadığından şikayət edib. O həmçinin qeyd edib ki, İran BMT Təhlükəsizlik Şurasının uranın zənginləşdirilməsi proqramını dayandırması tələbinə əməl etmir.
Beynəlxalq Atom Enerjisi agentliyi İranın nüvə proqramının hərbi komponentə malik olub-olmadığını müəyyənləşdirmək üzərində işləyir. Məhəmməd ƏlBaradei həmçinin İranın nüvə texnologiyaları inkişaf etdirdiyini göstərən dəlilləri açıqlamadğına dair iddiaları rədd edib. O deyib ki, Fransa və İsrail tərəfindən irəli sürülən bu iddilar əsassızsız və siyasi mahiyyət daşıyır.
Tehranda isə İran prezidenti Mahmud Əhəmədinejad deyib ki, İran nüvə texnologiyaları inkişaf etdirmək hüququnu ətrafında müzakirə aparmayacaq.