Accessibility links

Cermeyn Cekson qardaşının xatirəsinə həsr olunmuş konsertin detalları haqda danışıb


Pop kralı Maykl Ceksonun qardaşı Cermeyn Cekson Avstriya paytaxtında qardaşının xatirə konsertinin detallarını açıqlayıb. Vyanada keçirələcək konsert sentyabr ayının 26-a təyin edilib.

Konsertdə təxminən 25 musiqiçinin iştirak edəcəyi gözlənilir. Burada çıxış edəcək ulduzların adları gələn bir neçə gün ərzində açıqlanacaq.

Konsertə 80 min biletin yarıdan çoxu artıq satılıb. Bir biletin qiyməti 91 dollarla 745 dollar arasındadır.

Cermeyn Cekson deyib ki, Vyana konserti Maykl xatirəsinə həsr edilmiş xüsusi bir gecə olacaq. Mahnılar ifa edilərkən müğənniləri Maykl Ceksonun ölümündən öncə planlaşdırdığı “This is İt” turunda çıxış etməsi müəyyən edilmiş rəqqaslar müşayiət edəcəklər.

Konsertin kulminasiya nöqtəsi isə Maykl Ceksonun qardaşı Cermeynlə çəkildiyi videonun burada göstəriməsi olacaq.

XS
SM
MD
LG