Accessibility links

Venesuela prezidenti Venesiya kino-festivalında sənədli filmin premyerasında olub


Venesuela prezidenti Hüqo Çaves Venesiyada keçirilən beynəlxalq kino-festivalda rejissor Oliver Stounun sənədli filminin nümayişində iştirak edib. Prezident Çaves deyib ki, o, “South of the Border” sənədli filminə baxan tamaşaçıların Cənubi Amerika ölkələrində gedən prosesləri daha yaxşı başa düşə biləcəklərinə ümid edir.

Festival çərçivəsində verdiyi müsahibə zamanı Hüqo Çaves Oliver Stounun flimini yüksək qiymət qiymətləndirib.

Resjissor Oliver Stoun 75 dəqiqəlik sənədli filmi çəkmək üçün Çaveslə birlikdə vaxt keçirib, bununla yanaşı, Argentina, Braziliya, Ekvador, Boliviya, Kuba və Paraqvayın liderlərilə müsahibə aparıb.

Çavesin opponentləri onun ABŞ-ın nüfuzu əlleyhinə beynəlxalq miqyasda kampaniyasını tam yanlış olduğunu deyərək, Venesuela liderinin mövcud problemləri əhəmiyyətsiz qoyduğunu bildirirlər.

XS
SM
MD
LG