Accessibility links

Əfqanıstanda seçki saxtakarlığına dair inandırıcı dəlillər əldə edilib


Əfqanıstanın seçki şikayətləri üzrə komissiyasının məlumatına görə, səsvermə zamanı saxtakarlıqlara yol verildiyinə dair inandırıcı dəlillər əldə edilib və şübhəli bülletenlər yenidən hesablanacaq. BMT-nin dəstəklədiyi komissiya seçici fəallığı 100 faiz olan məntəqələrdə səslərin yenidən sayılmasına göstəriş verib.

BMT-nin Əfqanıstandakı nümayəndəsi Kai Eyd pozuuntular olan bülletenlərin hesablanmamasına çağırıb. Artıq 200000 səs ləğv edilib. Prezident Karzay 48.6 faiz səs əldə edib. Onun əsas rəqibi, sabiq xarici işlər naziri Abdulla Abdula isə səslərin 31.7 faizini toplayıb. Əfqanıstanın seçki rəsmiləri indiyədək səslərin 75 faizinin hesablandığını bildirir.


XS
SM
MD
LG