Tropik Fred fırtınası Atlantik Okeanının
qərb bölgəsində sürət toplamaqdadır. Milli Qasırğa Mərkəzinin bildirdiyinə
görə, fırtına saatda 85 km sürətli küləklə Keyp Verd adalarından bir neçə yüz
kilomertlikdə irəliləyir.
Qasırğa Mərkəzi Atlantik qasırğa mövsümünün 6-cı fırtınası
Fredin bir neçə gündən sonra qasırğaya çevriləcəyini elan edib.Sakit
Okeanında isə Linda fırtınası sakit sürətlə hərəkət edir. Sinoptiklər Lindanın
hazırda 95 km/saat
sürətli küləklə Meksikanın Baha Kaliforniya sahillərinə istiqamət aldığını
bildirir.