Accessibility links

ABŞ rəsmisi: "İran atom bombası hazırlamağa yaxınlaşır"


ABŞ rəsmisi bildirib ki, İran atom bombası hazırlamağa yaxınlaşır. Amerikalı elçi Qlin Deyvis bildirib ki, İran artıq atom bombası üçün tələb olunan miqdarda zənginləşdirlmiş urana malikdir. Deyvis BMT nüvə agentliyinin Vyanada keçirilən yığıncağında nitq söyləyib. Bu arada İran rəsmiləri deyir ki, xarici işlər naziri Mənuçehr Motəkki dünyanın aparıcı altı qüdrətinin nümayəndələrinə rəsmən təkliflər paketi təqdim edəcək. Motəkki təkliflərin detallarını açıqlamayıb, lakin ümid etdiyini deyib ki, bu paket nüvə danışıqlarının yeni raunduna başlanğıc olacaq. Bu həftənin əvvəlində isə prezident Mahmud Əhmədinjead bəyan etmişdi ki, onun ölkəsi nüvə texnologiyasını inkişaf etdirmək hüququnu müzakirə etməyəcək.
XS
SM
MD
LG