ABŞ-ın Türkiyədəki sabiq səfiri Mark Qrossman Amerikanın Səsinə verdiyi müsahibədə bu yaxınlarda Türkiyə ilə Ermənistan arasında diplomatik münasibətlərin normallaşdırlmasına dair imzalanan protokolları şərh edib. Cənab Qorssmanın sözlərinə görə sazişin imzalanması Birləşmiş Ştatların siyasi dairələri tərəfindən hərarətlə qarşılanır.
“Bu yaxınlaşma və sazişin imzalanması burada Vaşinqtonda böyük xəbərdir. İllərlə adamlar bu məsələ üzərində çalışıblar. Dövlət Departamenti səhih olaraq bunu tarixi razılaşma adlandırıb. Birləşmiş Ştatlar uzun müddət Türkiyə ilə Ermənistan arasında belə bir anlaşmanın əldə olunmasını arzulayıb.”
Sabiq səfir ümid etdiyini bildirib ki, imzalanmanın ardınca rəsmi Ankara və Yerevan əməli addımlar atacaqlar. Bu dövlətlərin hər ikisini Amerikanın müttəfiqləri adlandıran Qrossman Vaşinqtonun cərəyan edən hadisələrdən məmnun qaldığını vurğulayıb. Sazişin ABŞ Konqresində erməni soyqırımına dair debatlara təsirini şərh edən cənab Qrossman bildirib ki, bunlar cərəyan edən prosesdən asılı olacaq.
“Qeyd edim ki, protokolların imzalanmasının ardınca keçiriləcək müzakirələr Serj Sarkisyanın Türkiyəyə futbol matçına səfəri vaxtında tamamlanacaq. Quru sərhədlər açılacaqmı? Həqiqətən diplomatik münasibətlər qurulacaqmı? Konkret nailiyyətləri görməyincə son yaxınlaşmanın genosidlə bağlı debata təsiri haqda çox demək olmaz.”
Bəs Türkiyə Ermənistan münasibətlərinin normallaşması o deməkdirmi ki, Ermənistan 1921-ci ildə imzalanmış Qars müqaviləsinin şərtlərini və hazırkı sərhədləri tanıyacaq? Qrossmanın sözlərinə görə söhbət qətiyyən sərhədlərin dəyişməsindən getmir. Başlıca məsələ bu sərhərlərin açılmasıdır. Belə ki, sərhədlərin açılması regionda ticarətin və ümumən əlaqələrin inkişafına təkan verəcək ki, bu da hər iki tərəfin maraqlarına xidmət edir.
Son olaylara Azərbaycanın reaksiyası haqda fikirlərini ifadə edən Mark Qrossman anladığını bildirib ki, Azərbaycanda bir çoxları sərhədlərin açılması perspektivini və Türkiyə-Ermənstan yaxınlaşmasını həyacanla izləyirlər: "Son həftələrdə biz ABŞ tərəfindən Dağlıq Qarabağ probleminin həllinə maraqğın artdığını müşahidə etmişik. Dövlət Katibinin müavini Cim Staynberq iyulda Azərbaycan və Ermənistan səfər etmişdi. Avropa məsələləri üzə katibinin yardımçısı Fil Qordon da reigona iki dəfə səfər edib. Zənnimcə siz ABŞ-ın getidkcə sülh prosesinə daha çox maraq göstərəcəyini, Minsk qrupunun fəaliyyətinin intensivləşəcəyini görəcəksiniz."
Ankara-Yerevan anlaşmasının Türkiyə-ABŞ münasibətlərin müsbət təsir göstərəcəyini qeyd edən Mark Qrossman bu ölkələrin Əfqanıstan, İraq və enerji məsələrində də məhsuldar əməkdaşlıq apardıqlarını önə çəkib.