Accessibility links

İsrail mətbuatı Baş nazir Netanyahunun məxfi olaraq Rusiyaya səfər etdiyi haqda məlumat yayıb


İsrail mətbuatının verdiyi məlumata görə, Baş nazir Benjamin Netanyahu Moksvanın İran və Suriyaya silah satışına dair məsələni müzakirə etmək üçün bu həftənin əvvəli Rusiyaya məxfi səfər edib. Mətbuatda bu məlumatın mənbəyi açıqlanmayıb. Cənab Netanyahunun ofisi onun uzun müddət görünməməsinin səbəbini baş nazirin İsraildə təhlükəsizlik obyektinə səfəri ilə izah edib. Moskvada Baş nazir Vladimir Putinin sözçüsü Dmitriy Peskov iki ölkənin baş naziri arasında danışıqlar haqda məlumata malik olmadğını bildirib. O əlavə edib ki, cənab Putinin sentyabr ayının 7-də cədvəlində israilli həmkarı ilə görüş nəzərdə tutulmayıb. Lakin o, görüşün baş verdiyini də inkar etməyib. İsrail Rusiyanı İrana raketlər əleyhinə S-300 sistem satmamağa razı salmağa çalışır.

XS
SM
MD
LG