Accessibility links

ABŞ-ın xüsusi nümayəndəsi Sudana səfər edir


ABŞ-ın Sudan üzrə xüsusi nümayəndəsi ölkənin cənubunda və qərbdə Darfur regionunda sülh səylərini gücləndirmək məqsədilə Afrikanın bu ölkəsinə beş günlük səfərə başlayıb. Dövlət Departamenti Skot Qrationun bu gün Sudana yetişəcəyini bildirib.

Qration Sudanın cənubunda Cibada olacaq və burada Sudan Xalq Azadlıq Hərəkatının keçmiş üsyançıları və şimalı təmsil edən Sudanın Milli Konqres partiyası arasında sülh razılığının həyata keçməsi üçün həll edilməmiş məsələləri müzakirə edəcək. Bu məsələlər cənubda əhalinin siyahıya alınması və regionun öz müqəddəratını həll etməsi üçün referendumun keçirilməsindən ibarətdir.

Qration səfəri zamanı Darfur regionunda məcburi köçkünlərin yaşadığı düşərgədə olacaq və BMT-Afrika Birliyi qüvvələrinin yeni komandanı general Patrik Nyambumba ilə g-görüşəcək.


XS
SM
MD
LG